“İçərişəhər” Dövlət Qoruğu İdarəsində birinci yarımilin yekunları müzakirə olunub

“İçərişəhər” Dövlət Qoruğu İdarəsində birinci yarımilin yekunları müzakirə olunub
# 15 iyul 2014 17:01 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İyulun 15-də Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2014-cü ilin birinci yarımilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev “İçərişəhər” DTMQ-nin aparatının və qurumlarının bir sıra əməkdaşlarının medal və fəxri adlarla təltif edilməsi münasibətilə iştirakçıları təbrik edərək, müvafiq fəxri diplomları və döş nişanlarını təltif olunanlara təqdim edib.

Bundan sonra İdarə rəisi 2014-cü ilin birinci yarımilliyində İdarənin əsas fəaliyyət istiqamətləri - memarlıq abidələrinin mühafizəsi və bərpası, turizm infrastrukturunun təkmilləşdirilməsi, habelə “İçərişəhər” və “Qala” qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması məqsədilə həyata keçirilmiş işlərdən danışıb.

İclasda daha sonra İdarənin bir sıra rəhbər şəxsləri hesabatları ilə çıxış edərək müvafiq sahələr üzrə 2014-cü ilin birinci yarımilliyində görülmüş işlərlə bağlı məlumat veriblər.

İclasın yekun nitqində S.Nuriyev “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2014-cü il, habelə növbəti illər üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edib. Bildirib ki, 2014-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri İdarənin əsas prioritetləri kimi qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR