Nazarbayev: “SSRİ-ni bərpa etmək istəyənin ağlı yoxdur”

Nazarbayev: “SSRİ-ni bərpa etmək istəyənin ağlı yoxdur”
# 22 dekabr 2014 12:25 (UTC +04:00)

APA-nın “times.kz” saytına istinadən verdiyi xəbərə görə, N. Nazarbayev bunu Astanada jurnalistlərlə keçirdiyi ilk görüşündə deyib. O bildirib ki, indi müstəqilliyin itirilməsi və Sovet İttifaqının yenidən yaradılması barədə söhbətlər gedir: “Boş şeydir. Kim Sovet İttifaqını bərpa etmək istəyirsə, onun ağlı yoxdur. Marksist-leninçi ideologiya vardı, Kommunist Partiyası vardı, vahid iqtisadi orqanizm vardı, indi isə bunların heç biri yoxdur. Bu gün uşaqdan soruşsaq ki, Lenin kimdir, cavab verə bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR