Azərbaycanda 1680 məktəbəqədər təhsil müəssisəsi var

Azərbaycanda 1680 məktəbəqədər təhsil müəssisəsi var
# 03 sentyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycanda bu ilin əvvəlinə olan məktəbəqədər təhsil müəssisələrinin təyinatına görə bölgüsü açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bu ilin əvvəlində Azərbaycanda cəmi 1680 məktəbəqədər təhsil müəssisəsi olub. Onların 1639-u dövlət təyinatlı, 41-i isə qeyri-dövlət təyinatlı məktəbəqədər təhsil müəssisəsi olub.

Bağçalarda olan uşaqların cəmi isə 107 min 699 nəfər təşkil edib. Onların 106 min 138-i dövlət bağçalarında, 1561 nəfər uşaq isə qeyri-dövlət əsaslı bağçalarda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR