Bank Of Baku

Azərbaycan paytaxtında QİÇS mövzusunda Milli Konfrans keçiriləcək

Azərbaycan paytaxtında QİÇS mövzusunda Milli Konfrans keçiriləcək
# 07 avqust 2008 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 23-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə «İİV/QİÇS və iş yerləri» layihəsi çərçivəsində Bakıda Milli Konfrans keçirəcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirin məqsədi layihənin nəticələrinin və problemlərin müzakirəsinin aparılması, yaxşı təcrübələrin bölüşdürülməsini, həmçinin gələcək perspektivlərin müəyyənləşdirilməsidir. Konfransda BƏT-in Moskva bürosunun ekspertləri, müvafiq dövlət qurumlarının nümayəndələri, işəgötürənlər, həmkarlar, beynəlxalq təşkilatlar və yerli QHT-lərin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, «İİV/QİÇS və iş yerləri» layihəsinin əsas məqsədi İİV/QİÇS-in sosial-iqtisadi təsirləri ilə bağlı işəgötürənlərin bilik və məlumatlılığının artırılması, epidemiyanın yayılmasının qarşısının alınması üçün iş yerlərində profilaktik tədbirlərin, maarifləndirmə yönümlü proqram və layihələrin həyata keçirilməsi sahəsində ən yaxşı təcrübələrin bölüşdürülməsi və tətbiq edilməsinə yardım etməkdir. Layihə iqtisadiyyatın nəqliyyat, aqrar və otel/turizm sahələrini əhatə etməklə Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz, Qusar, İmişli, Bərdə, Şamaxı, İsmayıllı, Ağcabədi və Beyləqan rayonlarında əhaət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR