Bank Of Baku

Nazirlər Kabineti uşaqlar üçün valideynlərdən aliment tutulma qaydalarına dəyişiklik edib

Nazirlər Kabineti uşaqlar üçün valideynlərdən aliment tutulma qaydalarına dəyişiklik edib
# 13 avqust 2008 08:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növləri»nə dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin «Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növləri»ndən «məhkumların yeməyinə, onlara verilmiş paltara çəkilən xərclərin və xüsusi müalicəsinin dəyəri» çıxarılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi qərara əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, Dövlət Sosial Müdafiə Fonduna və digər məcburi ayırmaların, eləcə də məhkumların yeməyinə, onlara verilmiş paltara çəkilən xərclərin və xüsusi müalicənin dəyərinin ödənilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR