Bank Of Baku

2008-2012-ci illərdə səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası üzrə Tədbirlər Planı təsdiqlənib

2008-2012-ci illərdə səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası üzrə Tədbirlər Planı təsdiqlənib
# 13 avqust 2008 09:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Nazirlər Kabineti "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nı təsdiqləyib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirləri Səhiyyə Nazirliyi, NK yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər aidiyyəti dövlət orqanları həyata keçirəcək. Plana əsasən Səhiyyə və Maliyyə nazirlikləri 2008-ci ildə səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin (ilkin tibbi xidmətin maliyyələşdirilməsi, stasionarların maliyyələşdirilməsi, səhiyyənin maddi-texniki bazasının vəziyyəti və sair) monitorinqini aparacaq. İl ərzində Səhiyyə, Maliyyə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövcud əməkhaqqı sistemini (əməkhaqqını müəyyən edən amillər, orta aylıq əməkhaqqının səviyyəsi, əməkhaqqının əməyin nəticəsinə olan stimula təsiri və s.) qiymətləndirməlidir.

2008-2009-cu illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə, Ədliyyə nazirlikləri səhiyyənin maliyyələşdirilməsini tənzimləyən qanunvericilik aktlarının monitorinqini aparmalı, onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamalıdır.

Tədbirlər Planına görə, 2009-2010-cu illərdə icbari tibbi sığorta daxilində yeni maliyyələşdirmə sisteminin tətbiqini təmin edən məlumat bankının formalaşdırılması və səhiyyə üzrə vahid informasiya sisteminin yaradılmasına aid təkliflər hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR