Bank Of Baku

Azərbaycanın 8 sənaye şəhərindən yalnız Naxçıvan, Şəki və Lənkəranda atmosfer havası çirklənmir

Azərbaycanın 8 sənaye şəhərindən yalnız Naxçıvan, Şəki və Lənkəranda atmosfer havası çirklənmir
# 13 avqust 2008 09:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə Milli Monitorinq Departamenti bu ilin yanvar-iyun ayları ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, ətraf mühitin radioaktiv çirklənməsi üzərində monitorinq fəaliyyətini, o cümlədən antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılıb. Monitorinqin nəticələrinə əsasən Bakı şəhərinin Nizami, Nərimanov, Xətai və Yasamal rayonlarında ayrı-ayrı günlərdə toz və xlorun orta sutkalıq qatılığı 1,3 dəfə, azot 4-oksid 1,25 dəfə yol verilən qatılıq həddindən artıq olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan tozun orta sutkalıq qatılığı 1,3 dəfə, azot 4-oksid və hidrogen flüorid 2,2 dəfə, xlor isə 2,7 dəfə, Gəncə və Mingəçevir şəhərlərində toz 1,3 dəfə, Şirvan şəhərində azot 4-oksid 1,5 dəfə yol verilən həddi keçib. Naxçıvan, Şəki və Lənkəran şəhərlərində atmosfer havasının çirklənməsi müşahidə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR