Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində küçə ticarəti yığışdırılır

Azərbaycanın Sumqayıt şəhərində küçə ticarəti yığışdırılır
# 13 avqust 2008 09:35 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov- APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində küçə ticarəti yığışdırılır. Şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, şəhərin əksər küçələrində səliqəsizlik və antisanitariya mənbəyi olan küçə ticarətinin qarşısı alınıb. Sumqayıt Şəhər Polis İdarəsi və digər nəzarətedici orqanların dəstəyi ilə 20 Yanvar, C. Məmmədquluzadə küçələri, xüsusilə Şərq bazarının ətrafında qanunsuz ticarətlə məşğul olan şəxslərin fəaliyyətinə son qoyulub. Şərq bazarı yaxınlığında tikinti materiallarının qanunsuz satışı ilə məşğul olaraq Ü. Hacıbəyov küçəsi boyu nəqliyyatın hərəkətinə maneçilik törədən şəxslər barəsində də ciddi ölçü götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR