Bank Of Baku

Gəncədə və Gədəbəydə ictimai dinləmələr keçirilib

Gəncədə və Gədəbəydə ictimai dinləmələr keçirilib
# 13 avqust 2008 23:29 (UTC +04:00)
Bakı – APA. Gədəbəy rayonunda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmə keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli iş görüldüyünü, bütün rayonlarda sənədin tətbiqi ilə bağlı ictimai dinləmələrin keçirildiyini söyləyib. Tədbirdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, vətəndaşların hüquqi biliklərinin aşağı olması, mövcud olan su problemi, bəzən nikahların rəsmiyyətə alınmaması və erkən nikahlar, nikahdankənar doğulmuş uşaqların müvafiq sənədlərin almasında çətinliklər, qadınların başçılıq etdiyi natamam ailələrin çoxluğu və digər problemlərə toxunublar. İctimai dinləmələr Gəncə şəhərində davam etdirilib.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunması, şəhərdə kriminogen durum, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə ətraflı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR