Bank Of Baku

Azərbaycanın şimal rayonlarında keçirilən ekoloji yoxlamaların nəticələri açıqlanıb

Azərbaycanın şimal rayonlarında keçirilən ekoloji yoxlamaların nəticələri açıqlanıb
# 14 avqust 2008 08:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi bu ilin yanvar-iyul ayları ərzində nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) keçirdiyi yoxlamalar nəticəsində ətraf mühitin mühafizəsi tələblərinin pozulması ilə bağlı 51 akt və 31 protokol tərtib edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, atmosfer havasının mühafizəsi üzrə 10 akt, 4 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 3 884,5 manat məbləğində məcburi ödəmə hesablanıb və ondan 3 854,5 manat ödənilib.
Su mühafizəsi üzrə 8 akt tərtib edilib, 4 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 3 948,4 manat məbləğində məcburi ödəmə hesablanıb və ödənilib.
Yerin təkinin mühafizəsi üzrə 20 akt və 8 protokol tərtib edilib, 17 məcburi göstəriş verilib, 8 təşkilat 43 780 manat məbləğində cərimələnib, 3 təşkilata 125 836,6 manat məbləğində iddia qaldırılıb, o cümlədən 1 müəssisə tərəfindən keçən ildən qalan 420 manat iddia ödənilib, 7 iş isə tədbir görülməsi üçün məhkəməyə göndərilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 1 təşkilat 16 500 manat məbləğində cərimələnib, 17 müəssisəyə qarşı 1 230 manat məbləğində ödəmə hesablanıb və ödənilib, 1 iş tədbir görülməsi üçün məhkəməyə göndərilib.
Floranın mühafizəsi sahəsində 13 akt və 17 protokol tərtib edilib, 17 nəfər 11 119,5 manat məbləğində cərimələnib, 12 nəfərə qarşı 1 909,4 manat məbləğində iddia qaldırılıb. Nazirlik 8 işi tədbir görülməsi üçün məhkəməyə göndərib.
Faunanın mühafizəsi sahəsində 6 protokol tərtib edilib, 6 nəfər 6 633 manat məbləğində cərimələnib, 6 iş isə tədbir görülməsi üçün məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR