Bank Of Baku

Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində Danimarka, İsveç və Almaniyada tədbirlər keçiriləcək

Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində Danimarka, İsveç və Almaniyada tədbirlər keçiriləcək
# 14 avqust 2008 10:06 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının beşinci mərhələsi çərçivəsində təsdiq olunan fəaliyyət planına uyğun olaraq, sentyabrın 1-5-də Danimarka, İsveç və Almaniyada seminar-konfranslar keçiriləcək. Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib. Məlumata görə, Danimarka və İsveçdə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında yeni metodologiyanın tətbiqi mövzusunda keçiriləcək tədbirlərdə Azərbaycan Gömrük Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları iştirak edəcəklər. Almaniyanın Bremen şəhərində baş tutacaq tədbirlərə isə ədliyyə və səhiyyə nazirliklərinin əməkdaşları qatılacaqlar. İştirakçılar narkotiklərdən istifadə edənlərin müalicəyə cəlb olunması, reabilitasiyası üsulları və metodlarını öyrənəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR