Bank Of Baku

Yaponiya Azərbaycanın ali təhsil sistemində islahatların aparılması üçün qrant ayıracaq

Yaponiya Azərbaycanın ali təhsil sistemində islahatların aparılması üçün qrant ayıracaq
# 14 avqust 2008 10:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Dünya Bankı (DB) «Azərbaycanda ali təhsil sistemində islahatlar Layihəsi»nin hazırlanması üçün qrantın ayrılması məqsədilə Yaponiya hökumətinə müraciət edib.
Təhsil Nazirliyində «Azərbaycanın təhsil sektorunun inkişafı Layihəsi»nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov «APA-Economics»ə bildirib ki, artıq Yaponiya hökuməti qrantın ayrılmasına razılıq verib.
Yaponiyanın ayıracağı 430 min ABŞ dolları həcmində qrant vəsaiti hesabına əvvəlcə bu layihə çərçivəsində nəzərdə tutulan islahatlarla bağlı müzakirələr aparılacaq. İlkin olaraq, layihənin ali təhsil sisteminin maliyyələşdirilməsi, ali məktəblərdə kredit sisteminin, akkreditasiyasının tətbiqi məsələlərini əhatə etməsi nəzərdə tutulur. Layihə çərçivəsində ali məktəblərdə adambaşına maliyyələşdirmə sisteminə keçid, ödənişli əsaslarla təhsil almaq istəyənlər üçün kreditin ayrılması, hazırkı akkreditasiya qaydalarının dəyişdirilməsi kimi məsələlərə baxılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR