Bank Of Baku

«Azərbaycanın təhsil sektorunun inkişafı Layihəsi»nin II mərhələsində əsas diqqət ümumtəhsil sisteminə yönələcək

«Azərbaycanın təhsil sektorunun inkişafı Layihəsi»nin II mərhələsində əsas diqqət ümumtəhsil sisteminə yönələcək
# 14 avqust 2008 12:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi «Azərbaycanın təhsil sektorunun inkişafı» Kredit Proqramının II mərhələsində əsas diqqət ümumtəhsil sisteminə, müəllim hazırlığına, məktəbəqədər hazırlığa yönələcək.
Təhsil Nazirliyində layihəni əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov «APA-Economics»ə bildirib ki, layihədə texniki peşə məktəbləri ilə bağlı da bir sıra işlərin görülməsi nəzərdə tutulur. Layihənin II mərhələsinin icrası üçün əsas hazırlıq işlərinin 2009-cu ildə görüləcəyi gözlənilir. E.Rüstəmov layihənin bu mərhələsində ali təhsil sistemində əsaslı dəyişiklərin həyata keçirilməyəcəyini də söyləyib.
E.Rüstəmov qeyd edib ki, hazırda müvafiq kredit sazişinin layihəsinə Prezidentin İcra Aparatında baxılır. Artıq DB-nın Direktorlar Şurası layihənin maliyyələşdirilməsi üçün 25 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib. Saziş 2008-ci ildən başlayaraq, 5 ili əhatə edəcək. Azərbaycan hökuməti bu müddətdə layihənin reallaşması üçün 20,4 mln. dollar ayıracaq. Layihəyə UNICEF də müxtəlif töhfələr verməyi nəzərdə tutur.
Qeyd edək ki, «Azərbaycanın təhsil sektorunun inkişafı Layihəsi» 2003-2013-cü illəri əhatə edir. Bu müddət ərzində DB Azərbaycan hökumətinə təxminən 60 mln. dollar həcmində vəsait ayıracaq. Bu layihə üzrə ilk kredit sazişi 2003-cü ilin sentyabrında imzalanıb. İlk mərhələdə DB Azərbaycan hökumətinə 18 mln. dollar məbləğində kredit ayırıb. Bundan başqa, layihənin I mərhələsinə Azərbaycan hökuməti 2,8 mln. dollar, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən 0,18 mln. dollar ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR