Bank Of Baku

Füzulidə uşaqlar üçün tikilmiş yeni təhlükəsiz oyun meydançasının açılışı keçirilib

Füzulidə uşaqlar üçün tikilmiş yeni təhlükəsiz oyun meydançasının açılışı keçirilib
# 14 avqust 2008 14:22 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu – APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı ilə Füzuli rayonunun cəbhə xəttinə yaxın olan kəndlərindən birində uşaqlar üçün tikilmiş yeni təhlükəsiz oyun meydançasının açılışı keçirilib. AzQAC-dan APA-ya verilən məlumata görə, layihənin məqsədi uşaqları oynamaq üçün təhlükəsiz meydançalar və asudə vaxt keçirmək üçün qorxusuz yerlərlə təmin etməkdir. İndiyədək Ağdam, Qazax, Tovuz, Ağstafa, Ağcabədi, Fizuli, Xanlar, Goranboy, Tərtər və Gədəbəy rayonlarının 42 icmasında yaşayan təxminən 3500 uşaq üçün təhlükəsiz oyun meydançası açılıb. Oyun meydançalarının yaradılmasında və müharibədən zərər çəkmiş ərazilərdə yaşayan gənclər üçün təhlükəsizlik işarələrinin çəkilməsində uşaqlar yaxından iştirak ediblər.

Bu oyun meydançaları Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən bölgələrində həyata keçirilən layihənin bir hissəsidir. Bu layihənin icrasına 2005-ci ildə Norveç Qırmızı Xaç Cəmiyyətinin maliyyə dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) texniki köməyi ilə başlanıb.

Layihəni həyata keçirildiyi müddət ərzində AzQAC Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kompaniyasıdəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR