Bank Of Baku

Ali məktəblərin boş qalan plan yerlərinə və orta ixtisas məktəblərinə qəbul üçün keçirilən müsabiqənin nəticələri sabah açıqlanacaq

Ali məktəblərin boş qalan plan yerlərinə və orta ixtisas məktəblərinə qəbul üçün keçirilən müsabiqənin nəticələri sabah açıqlanacaq
# 15 avqust 2008 09:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali məktəblərin boş qalan plan yerlərinin və 11 illik orta təhsil bazasından orta ixtisas məktəblərinin müsabiqəsi üzrə internet vasitəsilə “Elektron ixtisas seçimi ərizə”lərinin qəbulunu yekunlaşdırır. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, avqustun 15-i saat 10.00-dək ali məktəblərin boş qalan plan yerlərinin və 11 illik əsas təhsil bazasından orta ixtisas məktəblərinin müsabiqəsi ilə əlaqədar TQDK-ya 31500 elektron ərizə daxil olub. Həmin ərizələrdən 30410-u abituriyentlər tərəfindən təsdiqlənib. Bu müsabiqənin nəticələri sabah günün ikinci yarısında açıqlanacaq və TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələri həm də “Azercell” şirkətinin “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Ali və orta ixtisas məktəblərinə qəbul olunanların siyahısının avqustun 17-də “Abituriyent” jurnalından dərc ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR