Bank Of Baku

TQDK sədri: “Növbəti il üçün imtahan qaydalarında dəyişiklik gözlənilmir”

TQDK sədri: “Növbəti il üçün imtahan qaydalarında dəyişiklik gözlənilmir”
# 15 avqust 2008 10:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Ali məktəblərin III ixtisas qrupuna daxil olan fənlərin sırasına fizika fənninin də əlavə edilməsi barədə məlumatı kimin yaydığını deyə bilmərəm. Amma bu məsələ hazırda müzakirə edilmir və gündəmdə deyil”. APA-nın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M. Abbaszadə əlavə edib ki, gələn il sualların çeşidi və məzmunu yenilənə bilər. Amma növbəti il üçün imtahan qaydalarında dəyişiklik gözlənilmir. Komissiya sədrinin sözlərinə görə, qəbul imtahanlarını respublikanın daha çox bölgəsində keçirmək istəsələr də, onlardan asılı olmayan səbəblərdən bu, hələ mümkün deyil: “Rayonlarda imtahan keçirmək istəyirik, amma bu, o zaman mümkündür ki, TQDK-nın rayonlarda daimi işçiləri olsun. Bu, ciddi təşkilati işdir, təkcə TQDK-dan asılı deyil”.

M. Abbaszadə bildirib ki, hazırda TQDK-nın yalnız Naxçıvanda regional şöbəsi var. Bu il ərzində qurumun Gəncə və Şəkidə də regional şöbələrinin açılması nəzərdə tutulub. Komissiya sədri onu da qeyd edib ki, əsas məsələ imtahanların harada və nə vaxt keçirilməsi deyil, onun şəffaf təşkili və düzgün idarə olunmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR