Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Yaradıcı Gənclərin I Dünya Konqresində iştirak edib

Azərbaycan nümayəndə heyəti Yaradıcı Gənclərin I Dünya Konqresində iştirak edib
# 15 avqust 2008 10:30 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan nümayəndə heyəti avqustun 1-12-də ABŞ-ın Yuta ştatının Salt Lake Siti şəhərində 42 ölkənin təmsil olunduğu Yaradıcı Gənclərin I Dünya Konqresində iştirak edib. APA-nın məlumatına görə, Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bu gün keçirdiyi mətbuat konfransında konqres çərçivəsində Azərbaycan günü keçirildiyini bildirib. O, Azərbaycan günündə milli geyim, bəzək əşyaları və rəqs nümunələrinin, rəsm əsərlərinin təqdim edildiyini deyib: “Rəqslərdən biri ilk dəfə Azərbaycanda yaradılmış mətbəx rəqsləri silsiləsindən etnoqrafik oyun idi. Tədbirdə, həmçinin Azərbaycanın müxtəlif regionlarını əhatə edən 16 milli geyim və mətbəx nümunəsi nümayiş olundu, qonaqlara Azərbaycanın tarixinə, mədəniyyətinə dair suvenirlər paylandı”.

Tədbirdə T. Əmiraslanov “Qida, ayinlər və rəqs” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə zamanı milli mədəniyyətə dair foto, film və mətbəx rəqsləri nümayiş edilib. Konqresin prezidenti Azərbaycana Milli Mətbəxlərin Festivalı layihəsini hazırlamağı və Azərbaycanın təcrübəsinin dünyaya yayılmasını təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR