Bank Of Baku

ABŞ-da nəşr edilən kitabda Azərbaycan yeməkləri erməni mətbəxinin nümunələri kimi təqdim olunub

ABŞ-da nəşr edilən kitabda Azərbaycan yeməkləri erməni mətbəxinin nümunələri kimi təqdim olunub
# 15 avqust 2008 11:12 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “ABŞ-da nəşr edilən kitabda Azərbaycan yeməkləri erməni mətbəxinin nümunələri kimi təqdim edilib. Erməni mətbəxi haqqında kitabda milli xörəklərimizin və içkilərin hazırlanması qaydaları, şəkilləri əks olunub. İndi biz bu kitabda yer alan nümunələrin Azərbaycan mətbəxinə aid olduğunu göstərən yeni bir nəşr hazırlamalı, onu tərcümə edib ABŞ-da çıxartmalıyıq”. APA-nın məlumatına görə, bu sözləri Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov deyib. O, belə nəşrin tək olmadığını bildirib: “ABŞ-da Azərbaycan mətbəxini ermənilərə məxsus təqdim edən çox kitab var. Bunların hamısının əsasında yeni, mükəmməl nəşr tərtib etmək lazımdır. Bu nəşrlər isə böyük vəsait tələb edir. Bizim kulinarların nə belə vəsaiti, nə də normal iş şəraiti var. ABŞ-da bizə milli kulinariya kitablarının çapı, restoranların təşkili ilə yanaşı, orada yaşamaq da təklif olundu. Kulinariya incəsənətin, mədəniyyətin bir növüdür, amma bizdə bu sahə həmişə diqqətdən kənarda qalır. Bizim hazırladığımız “Azərbaycan mətbəxinə qorunma rejiminin tətbiqi haqqında qanun layihəsi”nə isə hələ də baxılmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR