Bank Of Baku

Azərbaycan ali məktəblərinin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan ali məktəblərinin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə müsabiqənin nəticələri açıqlanıb
# 16 avqust 2008 12:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İctimaiyyətlə Əlaqələr Sektorundan APA-ya verilən məlumata görə, müsabiqənin nəticələri bu gün saat 14:00-da TQDK-nın internet saytında yerləşdirilib. Ali məktəblərin boş qalan 1562 plan yerinə 2684 abituriyent ərizə verib. Onlardan 836 nəfəri qəbul olunaraq (713 nəfər Azərbaycan bölməsi, 123 nəfər rus), tələbə adı qazanıb.

Qəbul olan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Qəbul olan abituriyentlər lazımi sənədləri avqustun 19-dan avqustun 23-dək təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

2008/2009-cu tədris ili üçün 11 illik orta təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 6386 plan yerinə isə 6178 nəfər qəbul olunub. Orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olanların siyahısı isə “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Təhsil formasından asılı olmayaraq orta təhsil bazasından orta ixtisas məktəbinin hər hansı ixtisasına qəbul olmuş abituriyent lazımi sənədləri avqustun 19-dan avqustun 23-dək təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR