Bank Of Baku

Bakı və Sumqayıtın 80-ə yaxın məktəb direktoru İKT üzrə minimal biliyi olmadığı üçün sertifikat ala bilməyib

Bakı və Sumqayıtın 80-ə yaxın məktəb direktoru İKT üzrə minimal biliyi olmadığı üçün sertifikat ala bilməyib
# 18 avqust 2008 08:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Təhsil Nazirliyinin bu ilin əvvəlində təsdiqlədiyi «Təhsil sistemində kadrların İKT bilik və bacarıqlarına qoyulan tələblər»i mənimsəmək məqsədilə Bakı və Sumqayıt şəhərlərinin bütün orta məktəb direktorları üçün keçirilən treninqlərdə 80-ə yaxın direktor sertifikat ala bilməyib.
Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov «APA-Economics»ə bildirib ki, Bakı və Sumqayıtın 400-ə yaxın orta məktəb direktorunun iştirak etdiyi treninqlərdə 80-ə yaxın direktora minimal tələbləri mənimsəyə bilmədiyi üçün sertifikat verilməyib. Nazirlik yeni dərs ilinin əvvəlində həmin direktorlar üçün təkrar kurs təşkil edəcək.
İ.Sadıqov bildirib ki, yeni tələblərə görə, bundan sonra məktəb direktoru olmaq istəyənlərin İKT üzrə operator səviyyəsində biliyi olmalı və bunu təsdiqləyən sertifikatı olmalıdır. Bunun üçün direktorlar ötən dərs ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 10 günlük treninqlərdən keçiblər. Bu kurslarda İKT üzrə biliklərini artıra bilməyən, yeni minimal tələbləri mənimsəyə bilməyən direktorlara sertifikat verilmir. Yeni tələblər hələlik yalnız Bakı və Sumqayıtın orta məktəb direktorlarına şamil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR