Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları qadın məhkumlar üçün seminar keçiriblər

Ombudsman Aparatının əməkdaşları qadın məhkumlar üçün seminar keçiriblər
# 17 avqust 2008 23:19 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ombudsman Aparatının əməkdaşları qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində görüş-seminar keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Penitensiar Xidmətin nümayəndəsinin və müəssisə rəhbərliyinin iştirakı ilə keçirilən görüş seminarda məhkumlara “Azərbaycanda Ombudsman təsisatının məhkumların hüquqlarının qorunmasında rolu və səlahiyyətləri” mövzusunda mühazirə söylənilib. Tədbirin yekununda, cəzanın icrası işinin təkmilləşdirilməsi üçün müvafiq təkliflər hazırlamaq məqsədi ilə, məhkumlar arasında rəy sorğusu keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR