Bank Of Baku

Gəncədə uşaq hüquqları ilə bağlı regional məsləhətləşmələr keçirilib

Gəncədə uşaq hüquqları ilə bağlı regional məsləhətləşmələr keçirilib
# 29 avqust 2008 22:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə illik iş planına əsasən Gəncə şəhərində Şəmkir, Göygöl və Samux rayonlarının nümayəndələrinin iştirakı ilə “Uşaqlar üçün Yararlı Dünya+5” Bəyannaməsinin həyata keçirilməsi üzrə regional məsləhətləşmələr keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd uşaqların və uşaqlarla işləyən dövlət qurumlarının yerli şöbələrinin əməkdaşlarının uşaq hüquqlarının müdafiəsi mexanizmləri o cümlədən təhsil sağlamlıq, hüquqları haqqında məlumatlılığını artırmaq, regionda mövcud problemlərin həlli yollarını birgə müzakirə etmək olub. Tədbirdə çıxış edən Ombudsman Aparatının beynəlxalq əlaqələr sektorunun rəhbəri Zaur Zamanov və Ombudsman yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşı Faiq Ağayev BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaqlar üçün Yararlı Dünya” Bəyannamələri, BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə Komitəsinin Azərbaycan Hökumətinə verdiyi tövsiyələr barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR