Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
# 29 avqust 2008 13:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə prezident İlham Əliyevin sərəncamı ilə 2007-2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 50 orta məktəbin direktorlarını mükafatlandırıb. APA-nın məlumatına görə, görüşdə Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron, Bərdə, Şamaxı, Şirvan, Lənkəran, Ağstafa, Salyan, Quba, Tovuz, Yevlax, Ucar və Zərdab rayonlarının 39 orta məktəb rəhbərliyi iştirak edib.

M. Abbaszadə belə görüşlərin Şəki və Naxçıvanda da keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, müsabiqənin qalibləri olan digər bölgələrin məktəbləri ilə sentyabrın 1-də Şəki, sentyabrın 4-də Naxçıvan şəhərində görüş təşkil olunacaq.

Görüşdə iştirakçı məktəblərə TQDK-nın hazırladığı dərs və elektron test vəsaitləri hədiyyə edilib. Eyni zamanda, həmin məktəblər 2009-cu ildə “Abituriyent” jurnalına əvəzi ödənilmədən abunə yazılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR