Bank Of Baku

Qəbul imtahanlarında məzunlarının topladığı orta balı ən yüksək olan məktəb Sumqayıtdakı texniki və təbiət elmləri liseyidir

Qəbul imtahanlarında məzunlarının topladığı orta balı ən yüksək olan məktəb Sumqayıtdakı texniki və təbiət elmləri liseyidir
# 29 avqust 2008 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda 2008-2009-cu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında məzunlarının topladığı orta balı ən yüksək olan orta məktəb Sumqayıt şəhərindəki Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi olub. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu məktəbin məzunu olan 44 abituriyentin 16-sı 600-dən çox bal toplayıb.
Məktəbin məzunlarının orta balı 551,432 olub. Liseyin məzunlarının 39-u Azərbaycanın, qalanları isə xarici ölkələrin ali məktəblərinə qəbul olub.
M. Abbaszadə qeyd edib ki, məzunlarının topladığı orta bala görə respublikada II yeri Tofiq İsmayılov adına “İntellekt” liseyi, III yeri Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya, IV yeri yenə də həmin şəhərin humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi, V yeri Bakı Avropa liseyi, VI yeri Heydər Əliyev adına lisey, VII yeri Bakı şəhəri 291 saylı ekologiya liseyi, VIII yeri Bakı şəhəri 160 saylı klassik gimnaziya tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR