Bank Of Baku

Göyçayda üzüm ikinci dəfə bar verib

Göyçayda üzüm ikinci dəfə bar verib
# 11 dekabr 2008 15:11 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA Göyçay rayonunun Ləkçıplaq kəndində qeyri-adi təbiət hadisəsi baş verib. Üzüm tənəyi dekabr ayında ikinci dəfə bar verib. APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini Asif İbrahimov həyətində yetişdirdiyi üzüm tənəyindən sentyabrda olduğu kimi, dekabrda da məhsul götürüb. Həyətdəki üzüm tənəklərindən yalnız birində bu cür hal baş verib. Tənək ağacının 10 yaşı var və onun qidalanması üçün ev sahibi heç bir gübrədən istifadə etməyib. Göyçay rayon Bitki Mühafizə Mərkəzinin rəisi Nazir Əhmədov APA-nın əməkdaşına bildirib ki, Azərbaycanın mövcud iqlim şəraitində üzümün dekabrda məhsul verməsi qeyri-adi təbiət hadisəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR