Bank Of Baku

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə 1500-ə qədər şikayət daxil olub

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə 1500-ə qədər şikayət daxil olub
# 11 dekabr 2008 15:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə bu il ərzində mülki, siyasi, iqtisadi, hətta mədəni hüquqlarla bağı 1500-ə qədər müraciət daxil olub”. Bu barədə APA-ya BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanov məlumat verib. O bildirib ki, BMT-nin İnsan Haqları Şurasına müraciət etmək üçün Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçmək lazımdır, lakin vətəndaşlar İnsan Hüquqları üzrə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinə müraciətlər etsələr də, sonradan bu müraciətləri davam etdirməyiblər: “Biz şikayətçilərə onların bütün hüquqlarını başa salırıq. Şikayətçilər İnsan Haqları Şurasına müraciət etməkdənsə, daha çox başqa vasitələrə üstünlük verirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR