Bank Of Baku

Yaxın üç gün ərzində Azərbaycan ərazisində kəskin hava şəraiti hökm sürəcək, yollar buz bağlayacaq

Yaxın üç gün ərzində Azərbaycan ərazisində kəskin hava şəraiti hökm sürəcək, yollar buz bağlayacaq
# 15 dekabr 2008 11:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, bu müddətdə ölkə ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda yağıntının intensiv olacağı var. Şimal-qərb küləyi əsəcək, dekabrın 17-də küləyin sürəti arabir güclənəcək.

Yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, arabir açılacaq. Dekabrın 16-da gecə və səhər yarımadanın bəzi yerlərində sulu qar və qar yağacağı, dekabrın 17-də də yarımadanın bəzi yerlərində yağıntının davam edəcəyi gözlənilir.

Dekabrın 16 və 17-də yolların buz bağlayacağı ehtimalı var. Dekabrın 16-17-də havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dekabrın 18-də gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq.

Yaxın üç gün ərzində dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR