Bank Of Baku

Gələn il Azərbaycanda pensiyaların baza və sığorta hissəsi daha da artırılacaq

Gələn il Azərbaycanda pensiyaların baza və sığorta hissəsi daha da artırılacaq
# 15 dekabr 2008 11:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2009-cu ildə pensiya siyasəti sahəsində bir sıra tədbir həyata keçirməyi nəzərdə tutur. APA-nın məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Fond sədrinin sözlərinə görə, gələn ilin yanvar ayında «Əmək pensiyası haqqında» qanuna uyğun olaraq, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamın veriləcəyi gözlənilir. S.Müslümov bildirib ki, gələn il üçün indeksləşdirmənin aparılması üçün əvvəlcə Dövlət Statistika Komitəsi ölkədə 2008-ci il üçün istehlak qiymətlərinin indeksini (inflyasiya) müəyyən etməlidir: «Bu indeksə əsasən əmək pensiyalarının indeksləşməsi baş verəcək. İlkin hesablamalara görə, istehlak qiymətləri təxminən 20% olarsa, bu zaman hər ay əlavə olaraq, 3-4 mln. manat əlavə vəsait lazım olacaq. Ümumilikdə isə il ərzində bunun üçün 40-45 mln. manat vəsait tələb olunacaq. Bunun üçün Fondun büdcəsində kifayət qədər vəsait nəzərdə tutulur».
S.Müslümovun həmçinin qeyd edib ki, DSMF-nın gələn ilki büdcəsində pensiyanın baza hissəsinin ən azı bir dəfə artırılması nəzərdə tutulsa da, bu artımın nə qədər olacağı hələ dəqiq bilinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR