Bank Of Baku

Rafiq Hüseynov: “Səhhətimdəki problemlər qismən aradan qalxıb”

Rafiq Hüseynov: “Səhhətimdəki problemlər qismən aradan qalxıb”
# 16 dekabr 2008 10:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın tanınmış teleaparıcısı, xalq artisti Rafiq Hüseynovun səhhətindəki problemlər qismən aradan qalxıb. Bu barədə APA-ya məlumat verən Rafiq Hüseynov ötən həftə, Müqəddəs Qurban Bayramı ərəfəsində evə buraxıldığını deyib: “Hazırda özümü yaxşı hiss edirəm. Düzdür, ev şəraitində müalicə davam etdirilir, ağrılarım xeyli azalıb”.

R. Hüseynov onu da deyib ki, gəzməyə hələ də çətinlik çəkməsinə baxmayaraq, artıq işə çıxır: “Əsas odur ki, ayaq üstə dura bilirəm”.

Qeyd edək ki, tanınmış diktor bel fəqərələrinin osteoxondrozu kökcük ağrı sindromu (protruziya) diaqnozu ilə iki həftəyə yaxın Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR