Bank Of Baku

Masallının Binə-Xocavar kənd məktəbində istilik sisteminin bərpası layihəsinin açılışı olub

Masallının Binə-Xocavar kənd məktəbində istilik sisteminin bərpası layihəsinin açılışı olub
# 16 dekabr 2008 23:46 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda həyata keçirdiyi “İcma İnkişafı Proqramı” çərçivəsində “CHF İnternational” təşkilatı dekabrın 16-da Masallı rayonunun Binə-Xocavar kəndində məktəb istilik sisteminin bərpası layihəsinin açılışını keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən “CHF İnternational” təşkilatının ölkə üzrə direktoru Zoran Radiç rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycanın ayrı-ayrı bölgələrində 300-dən çox layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Masallı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Ələşrəf Niftiyev, Binə-Xocavar kənd orta məktəbinin direktoru Allahverdi Həsənov, kənd icma şurasının sədri Ələsgər Əlişov və digərləri çıxış edərək yerli əhəmiyyətli sosial məsələlərin həllində göstərdiyi köməkliyə görə Amerika hökumətinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qeyd olunub ki, kənd icma şurası ilə birgə həyata keçirilən layihənin icrasına 27679 min ABŞ dolları məbləğində vəsait xərclənib. Layihə çərçivəsində yeni qazanxana tikilməklə 320-dən artıq şagird və müəllim kollektivi olan məktəbin istilik sistemi yaxşılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR