Bank Of Baku

Azərbaycanın təhsil işçiləri Şotlandiyada səfərdə olublar

Azərbaycanın təhsil işçiləri Şotlandiyada səfərdə olublar
# 17 dekabr 2008 00:00 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin nümayəndələri Böyük Britaniyanın "British Council" təşkilatının həyata keçirdiyi "Cənub-şərqi Avropa ölkələrinin kollecləri arasında birgə əməkdaşlıq" layihəsi çərçivəsində Şotlandiyada işgüzar səfərdə olublar. APA-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov və xarici dil müəllimi Leyla Həsənova səfər çərçivəsində Şotlandiyanın Stevenson Kollecinin direktoru Brian Lister, dillər və turizm fakültəsinin dekanı Rocer Breckon və təhsil ocağının digər rəhbər şəxsləri ilə görüşlər keçirib, tədris prosesi ilə yaxından tanış olublar. Görüşlərdə iki təhsil ocağı arasında birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib, turizm sahəsi üzrə kadr hazırlığı işinin yaxşılaşdırılması, dərslik və dərs vəsaitlərinin yeniləşdirilməsi, müasir təlim metodlarının tətbiqi, tədris planları və proqramlarının təkmilləşdirilməsi, kolleclər arasında tələbə-müəllim mübadiləsinin təşkili, müəllimlər üçün seminarların keçirilməsi məsələləri müzakirə olunub. Əldə olunan razılığa əsasən Stevenson Kollecinin müəllimləri gələn ilin martından başlayaraq Mingəçevir Turizm Kollecində "Turizmdə müştəri xidməti" kursunu tədris edəcəklər. Kursun məzunlarına hər iki kollecin birgə sertifikatları və xüsusi döş nişanları veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR