Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş qaydada imtahanların keçirilmə vaxtını açıqlayıb

Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş qaydada imtahanların keçirilmə vaxtını açıqlayıb
# 16 dekabr 2008 15:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada imtahanların keçirilmə vaxtını açıqlayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, mərkəzləşdirilmiş qaydada test yoxlama imtahanları gələn ilin fevral ayında texniki peşə liseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə iyun ayında keçiriləcək.
Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılacaq və ikinci yarım illiyin qiymətləri çıxarılarkən nəzərə alınacaq. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X – XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq.
Nazirlikdən bildirilib ki, dekabrın 20-də Bakının ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır. Bu imtahanın nəticəsi qiymətləndirilməyəcək və yekun attestat qiymətinə təsir göstərməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR