Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya sənəd qəbulu elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya sənəd qəbulu elan edib
# 16 dekabr 2008 15:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasına MBA (biznesin idarə olunması üzrə mütəxəssis hazırlığı aparılan təhsil proqramı) və TEMPUS (Universitet tələbələri üçün Trans Avropa Hərəkət Proqramı) beynəlxalq proqramları üzrə qəbul elan edib. Komissiyadan APA-ya verilən məlumata görə, bakalavrlar ərizələrini təsdiq etdirmək üçün gələn ilin yanvarın 7-dən 16-dək sənədlərini İnternet vasitəsilə təqdim etməlidirlər. MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq, bütün bakalavrlar sənəd verə bilərlər.
TEMPUS proqramı üzrə isə ekologiya (metallurgiya), ətraf mühitin mühəndis mühafizəsi, proseslərin avtomatlaşdırılması, elektroenergetika, avtomobil və traktorların elektrik avadanlıqları, kompüter elmləri, informasiya texnologiyasında idarəetmə, kompüter riyaziyyatı və s. ixtisasları bitirən bakalavrlar sənəd verə bilərlər.
Hər bir bakalavr müxtəlif ali məktəblərin 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar imtahanın məzmununu təyin edən eyni bir qəbul proqramına aid olmalıdır.
Sənəd qəbulu başa çatdıqdan sonra imtahanın tarixi barədə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR