Bank Of Baku

Qədim Gəncənin xarabalıqlarında antik dövrə aid bəzək əşyaları tapılıb

Qədim Gəncənin xarabalıqlarında antik dövrə aid bəzək əşyaları tapılıb
# 16 dekabr 2008 15:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim Gəncənin xarabalıqlarında antik dövrə məxsus xeyli bəzək əşyası aşkar ediblər. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tapılan bəzək əşyalarının tarixi çox qədimdir və eramızdan əvvələ təsadüf edir. Qazıntı təxminən 5 hektarlıq ərazidə aparılıb və nəticədə maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, antik çıraqlar, küplər aşkar olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR