Bank Of Baku

Azərbaycanlı şagird “Minilliyin Qlobal Mükafatı - 2008” müsabiqəsinin qalibi olub

Azərbaycanlı şagird “Minilliyin Qlobal Mükafatı - 2008” müsabiqəsinin qalibi olub
# 16 dekabr 2008 15:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanlı şagird Həsən Bayramov Meksikada hər il keçirilən ”Minilliyin Qlobal Mükafatı - 2008” beynəlxalq inşa müsabiqəsində qalib elan olunub. Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Minilliyin Qlobal Mükafatı müsabiqəsi BMT-nin Ümumdünya Assosiasiyalar Federasiyasının layihəsi əsasında keçirilir. İştirakçılara dünyada 15 qlobal problemə aid olan mövzulardan biri haqqında inşa yazmaq təklif olunur: Dayanıqlı inkişaf, su təminatı, demokratikləşmə, informasiya texnologiyaları, əhali və ehtiyat, qadın statusu, energetika, transmilli cinayət, səhiyyə, əhalinin yoxsul və zəngin təbəqələri arasında uyğunsuzluq, qərar qəbuletmə, elm və texnika, sülh və münaqişə, uzunmüddətli siyasət və qlobal etika. Hər mövzuya görə ən çox bal toplayan bir nəfər qalib seçilir. H. Bayramov “Demokratikləşmə” nominasiyası üzrə qalib elan olunub. O, 100 mümkün baldan 75 bal toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR