Bank Of Baku

Naxçıvan əhalisinin sayı 388 min 424 nəfərə çatıb

Naxçıvan əhalisinin sayı 388 min 424 nəfərə çatıb
# 17 dekabr 2008 07:12 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA Naxçıvan Muxtar Respublikası (MR) əhalisinin sayı artıb. Naxçıvan MR Dövlət Statistika Komitəsindən APA-nın yerli bürosuna verilən məlumata görə cari ilin yanvar-noyabr aylarında Muxtar Respublika əhalisinin sayı 3 min 966 nəfər artaraq 388 min 424 nəfərə çatıb.

Bu ilin 11 ayı ərzində Naxçıvan MR-də 6 746 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. 1 yaşadək vəfat edən uşaqların sayı isə 15-dən 11-ə enib.

Qeyd edək ki, 2008-ci ilin əvvəlində MR əhalisinin sayı 384,5 min nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR