Bank Of Baku

Gürcü tarixçisi: “Müqəddəs Noraşen kilsəsi ətrafındakı erməni qəbiristanlığının uçurulması barədə yayılan xəbərlər ağ yalandır”

Gürcü tarixçisi: “Müqəddəs Noraşen kilsəsi ətrafındakı erməni qəbiristanlığının uçurulması barədə yayılan xəbərlər ağ yalandır”
# 17 dekabr 2008 07:55 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdəki müqəddəs Noraşen kilsəsinin ətrafında erməni qəbiristanlığı uçurulmayıb. Bu barədə APA-nın yerli bürosuna açıqlamasında
Gürcüstan Qafqaz Universitetinin professoru, tarix elmləri doktoru David Sandodze bildirib. O, kütləvi informasiya vasitələrində qəbiristanlığın uçurulması barədə verilən məlumatları “ağ yalan” adlandırıb: “Gürcülər heç vaxt belə hərəkət etməzlər. Düşünürəm ki, bu ermənilərin növbəti oyunudur. Hələ XIX əsrdə ermənilərə əsl cavabı görkəmli gürcü yazıçısı İlya Çavçavadze özünün "Daşların fəryadı " əsərində verib, onların iç üzünü tamamilə göstərib”.
D. Sadodze deyib ki, gürcülər Cənubi Qafqazda xalqların sülh içində yaşayaraq inkişaf etməsini istəyirlər: “Biz bütün xalqların tarixinə, mədəniyyətinə, hörmətlə yanaşırıq. Müqəddəs Noraşen kilsəsi ilə bağlı yayılan yanlış məlumatlar göstərir ki, Qafqazda hələ də sabitliyi pozan qüvvələr mövcuddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR