Bank Of Baku

Yaponiya hökumətinin ayırdığı qrant hesabına Azərbaycanda 4 tibb müəssisəsi tikiləcək və təmir olunacaq

Yaponiya hökumətinin ayırdığı qrant hesabına Azərbaycanda 4 tibb müəssisəsi tikiləcək və təmir olunacaq
# 17 dekabr 2008 10:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Yaponiya hökuməti ilə Azərbaycanın 4 qeyri-hökumət təşkilatı arasında “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində qrant müqavilələri imzalanıb. APA-nın məlumatına görə, 346 min 417 ABŞ dolları dəyərində olan layihələr Ağcabədi rayonunun Hüsülü kəndində tibb məntəqəsinin, Balakənin Talalar kəndində təcili tibbi yardım mərkəzinin tikintisini, İsmayıllının İvanovka kəndində xəstəxananın ginekoloji şöbəsinin təkmilləşdirilməsini və Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının təcili yardım şöbəsinin təmirini nəzərdə tutur. İmzalanma mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki qrant proqramının 2000-ci ildən həyata keçirildiyini, indiyə qədər bu proqram çərçivəsində 7 milyon 983 min 26 ABŞ dolları məbləğində 114 layihə reallaşdırıldığını deyib. Səfir bildirib ki, bu layihələrdən 23-ü səhiyyə sahəsi ilə bağlıdır. Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev də Yaponiya hökumətinin dəstəyi ilə Azərbaycanda böyük layihələr həyata keçirildiyini vurğulayıb. O, Yaponiyada Azərbaycana 2 milyon dollarlıq təcili tibbi yardım avadanlığı verilməsi üzrə tender keçirildiyini və avadanlığın gələn ilin mart ayında Azərbaycana gətiriləcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR