Bank Of Baku

Qarlı hava şəraiti şimal bölgəsinin yollarında ciddi təhlükə yaradıb

Qarlı hava şəraiti şimal bölgəsinin yollarında ciddi təhlükə yaradıb
# 17 dekabr 2008 10:59 (UTC +04:00)
Quba-Solmaz Mehdiyeva-APA. Bu gün səhər saatlarından etibarən şimal bölgəsinə yenidən qar yağmağa başlayıb. APA-nın şimal bürosunun xəbərinə görə, qarlı hava şəraiti avtomobil yollarında ciddi təhlükə yaradıb. Xüsusilə Quba rayonunun ucqar dağ kəndlərinin yolları buz qatı ilə örtüldüyündən gediş-gəliş çətinləşib. Qonaqkənd, Xaltan, Tülər kəndləri istiqamətində hərəkət edən marşrutların bir neçəsi artıq 3 gündür ki, dayanıb. Sürücülər əlverişsiz hava şəraitində, təhlükəli yollarda marşruta çıxmaqdan imtina edir. Ucqar kəndlərin sakinləri avtomobil yollarının təhlükəli olması səbəbindən rayon mərkəzinə yalnız atla, müxtəlif heyvan qoşquları ilə gəlib-getmək məcburiyyətindədir. Bakı-Rusiya sərhəd avtomobil magistralının Quba və Qusar rayonlarında keçən təqribən 100 kilometrlik hissəsi buz qatı ilə örtülüb. 6 saylı Yol İstismar İdarəsi həm şose yolda, həm də dağ yollarında hərəkətin təhlükəsizliyi məqsədilə, qar və buz örtüyünün təmizlənməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İdarənin rəisi Aydəmir Manafov bildirib ki, bu yaxınlarda rayona gətirilən 15 yeni texnika ayrı-ayrı briqadalar arasında bölüşdürülərək bölgənin təhlükəli zonalarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR