Bank Of Baku

Azərbaycanda havanın temperaturu iqlim normasından 5 dərəcə aşağı düşüb

Azərbaycanda havanın temperaturu iqlim normasından 5 dərəcə aşağı düşüb
# 17 dekabr 2008 11:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, dekabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində az miqdarda qar yağacaq, şimal-qərb, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz isə müsbət 2-5 dərəcə olacaq. Dekabrın 19-da havanın əsasən yağmursuz olacağı gözlənilsə də, ayın 18-dən 19-na keçən gecə bəzi yerlərdə az miqdarda qar yağacaq. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz müsbət 2-6 dərəcə olacaq. Dekabrın 18-19-da gecə və səhər yolların buz bağlayacağı ehtimal edilir. Dekabrın 20-də də yarımadanın bəzi yerlərində qarın yağması davam edəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz müsbət 2-5 dərəcə olacaq.

Dekabrın 18-dən Azərbaycanın qərb rayonlarında əsasən gecə və səhər saatlarında duman olacaq, şərq rayonlarında qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz müsbət 2-5 dərəcə, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dekabrın 19-20-də rayonlarda arabir yağıntılar olacaq, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz isə 1-6 dərəcə şaxta olacaq.

A. Verdiyev bildirib ki, hazırda havanın temperaturu iqlim normasından 5 dərəcə aşağı olsa da, bu hava şəraiti dekabrın ayı üçün normaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR