Bank Of Baku

Məcburi köçkünlərin Goranboyda yeni salınmış qəsəbəyə köçürülməsinə başlanılıb

Məcburi köçkünlərin Goranboyda yeni salınmış qəsəbəyə köçürülməsinə başlanılıb
# 17 dekabr 2008 11:12 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. Goranboy rayonunun Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni qəsəbə istifadəyə verilib. APA-nın yerli bürosunun xəbərinə görə, Bərdə rayonu ərazisində məskunlaşan Xocalıdan olan məcburi köçkün ailələri yeni qəsəbəyə köçürülürlər. Köçkünlərin köçürülməsi üçün dövlət tərəfindən xüsusi nəqliyyat vasitələri ayrılıb. İndiyə qədər yeni qəsəbəyə 50-dək ailə köçürülüb. Qeyd edək ki, Ağcakənd qəsəbəsi ərazisində Xocalıdan və başqa ərazilərdən olan məcburi köçkün ailələri üçün 500 ev tikilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR