Bank Of Baku

Yaxın günlərdə Bakıda Talassemiya Mərkəzinin açılışı olacaq

Yaxın günlərdə Bakıda Talassemiya Mərkəzinin açılışı olacaq
# 17 dekabr 2008 11:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yaxın günlərdə Bakıda Talassemiya Mərkəzinin açılışı olacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. Onun sözlərinə görə, mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Nazir müavinin sözlərinə görə, bu mərkəzdə talassemiya ilə yanaşı irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin də problemləri öz həllini tapacaq. Talassemiya Mərkəzinin tərkibində Azərbaycanda ilk dəfə olaraq sümük iliyi transplantasiyası mərkəzi fəaliyyət göstərəcək. Kadrların hazırlığını Türkiyənin TİKA təşkilatı öz üzərinə götürüb. Nazir müavini artıq 6 mütəxəssisin təhsil almaq üçün Türkiyəyə göndərildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR