Bank Of Baku

Bakıda ekoloji vəziyyətin korlanmasında əsas rolu avtomobillər oynayır

Bakıda ekoloji vəziyyətin korlanmasında əsas rolu avtomobillər oynayır
# 17 dekabr 2008 11:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda insan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrup bu ilin oktyabr-noyabr aylarındakı fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, birgə işçi qrupun sədri Kamil Səlimov Bakıda avtomobil nəqliyyatı sisteminin müasir tələblərə uyğun tənzimlənməməsinin səbəblərinə dair aparılan monitorinqin nəticələrini açıqlayıb. O, 2 ay müddətində aparılan monitorinq nəticəsində paytaxtda ekoloji vəziyyətin kritik olduğu qənaətinə gəldiklərini deyib. İşçi qrupunun rəhbəri paytaxtda ekoloji vəziyyətin korlanmasının təxminən 50 faizinin məhz avtomobillərin havaya buraxdığı zəhərli maddələrin hesabına olduğunu söyləyib. K. Səlimov bildirib ki, 2006-cı ildə Azərbaycanda 400 min avtomobil olub və onlar havaya 700 min tona qədər çirkləndirici maddə buraxıb: “2006-cı ildən fərqli olaraq bu gün Azərbaycanda 800 minə qədər avtomobil var və onların tullantıları çirklənmənin daha da artmasına səbəb olub”.

Birgə işçi qrupun “qaynar xətt”inin rəhbəri Şahin Camalov isə ötən müddət ərzində insan hüquqlarının pozulması ilə bağlı minlərlə müraciət daxil olduğunu açıqlayıb. Müraciətlərin böyük əksəriyyəti “Bakıelektrikşəbəkə” ASC-nin elektrik pulu yığması və yol polisləri ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR