Bank Of Baku

Səhiyyə Nazirliyi yeyinti sahəsi üzrə 38 obyektin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi yeyinti sahəsi üzrə 38 obyektin fəaliyyətini dayandırıb
# 17 dekabr 2008 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyi bu ilin noyabr ayı ərzində yeyinti sahəsi üzrə 38 obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, qərar sanitar-epidemioloji xidmət orqanları tərəfindən aparılan yoxlamalar nəticəsində qəbul olunub. Yoxlamalar zamanı həmin obyektlərin yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarını pozduğu, gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi aşkarlanıb. Bu səbəblərlə əlaqədar nazirlik ötən ay həm də 85 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib, 21 nəfərin işdən müvəqqəti kənarlaşdırılmasına qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR