Bank Of Baku

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu illik hesabatı açıqlayıb

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu illik hesabatı açıqlayıb
# 17 dekabr 2008 11:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu 2008-ci ilin yekunlarına dair illik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, monitorinq qrupunun ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında çıxış edən Novella Cəfəroğlu Azərbaycanda 2008-ci ildə insan haqlarının vəziyyəti sahəsində müsbət irəliləyişlərin arzuolunan səviyyədə olmadığını söyləyib.

Daha sonra hesabat ətrafında çıxış edən hüquq müdafiəçisi Səidə Qocamanlı xalqın qarşılaşdığı sosial problemlərin həlli istiqamətində ölkədə lazımi işlərin görülmədiyini diqqətə çatdırıb. O, Azərbaycanın bir nömrəli problemi olan Qarabağ münaqişəsinin həllində bu il də müsbət irəliləyişlərin olmamasına təəssüfləndiyini söyləyib. Bundan başqa ölkədə siyasi hüquqların həlli istiqamətində nəzərə çarpan işlərin görülmədiyini vurğulayan hüquq müdafiəçisi bu gün Azərbaycanda 27 siyasi məhbusun olduğunu, həmçinin sərbəst toplaşmaq, seçmək və seçilmək azadlığının məhdudlaşdırıldığını bildirib. Həbsdə olan jurnalistlərin 2008-ci ildə də azadlığa buraxılmamasından təəssüfləndiyini bildirən S. Qocamanlı bütün bu halların Azərbaycanın beynəlxalq imicinə zərbə vurduğunu söyləyib.

Monitorinq qrupunun üzvü Çingiz Qənizadə isə ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizənin zəif təşkil olunduğunu bildirib. Monitorinq qrupunun hesabatında “Amerikanın səsi”, “Azadlıq” və “BBC” radiolarının yayımının dayandırılmasına dair rəsmi dairələrin açıqladığı mövqe təəssüflə qarşılanıb. Hesabatda həmçinin ölkədə fəaliyyət göstərən KİV nümayəndələrinin informasiya almaq imkanlarının məhdudlaşdırıldığı qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR