Bank Of Baku

Əlyazmalar İnstitutunun yanğından mühafizə sistemi təkmilləşdiriləcək

Əlyazmalar İnstitutunun yanğından mühafizə sistemi təkmilləşdiriləcək
# 17 dekabr 2008 11:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Füzuli adına Əlyazmalar İnstitutunda 20 minə yaxın qiymətli əlyazma saxlanılır. Bu barədə APA-ya institutun elmi işlər üzrə direktor müavini Paşa Kərimov məlumat verib. O bildirib ki, arxiv materialları və sənədlərlə birlikdə əlyazmaların sayı 40 minə yaxındır. P. Kərimov deyib ki, institutda saxlanılan ən qədim əlyazma “Qurani-Kərim”in “Ən Nisa” surəsinin heyvan dərisi üzərində yazılmış 9-cu əsrə aid olan nüsxəsidir. Gələn il ABŞ Dövlət Departamentinin dəstəyi ilə əlyazmaların qorunması işi və yanğından mühafizə sistemi daha da təkmilləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR