Bank Of Baku

Cənub bölgəsində 30-35 santimetr qalınlığında qar yağıb

Cənub bölgəsində 30-35 santimetr qalınlığında qar yağıb
# 17 dekabr 2008 11:54 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Azərbaycanın cənub bölgəsində üç gündən bəri yağan qar ötən gecə daha intensiv xarakter alıb. APA-nın cənub bürosunun məlumatına görə, qarın qalınlığı Lənkəranda 30-35, Lerik və Yardımlıda isə 25 santimetr təşkil edir. Lerik və Yardımlı rayonunun icra strukturlarından APA-nın əməkdaşına bildirilib ki, hər iki dağ rayonunun idarə və təşkilatları, tədris müəssisələri əvvəlki qaydada işləyir. Bəzi ucqar yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində qısa fasilələr yaransa da, qəza briqadalarının səyi nəticəsində bu problem aradan qaldırılıb. Hava şəraiti daha çox Lənkəran rayonunda müəyyən fəsadlar törədib. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri İlqar Dadaşovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarından ağır texnikanın köməyi ilə Ələt-Astara magistralı, o cümlədən şəhər və kəndlərin yolları qardan təmizlənməklə nəqliyyatın hərəkəti üçün lazımi şərait yaradılıb. Xidmət sahəlində bəzi problemlərin yarandığını bildirən İ. Daşovun sözlərinə görə, elektrik dirəklərinin aşması, naqillərin qırılması və şəhərdəki transformatorda yaranan nasazlıqdan rayonun bir neçə yaşayış məntəqəsi, o cümlədən Şağlaser, Xarxatan, Cil, Küvənil kəndlərinin və Aşağı Nüvədi qəsəbəsinin əhalisi 5-6 saat işıqsız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR