Bank Of Baku

Naxçıvanda üç ildən artıq davam edən kənd investisiya layihəsi başa çatıb

Naxçıvanda üç ildən artıq davam edən kənd investisiya layihəsi başa çatıb
# 19 dekabr 2008 22:55 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) 2005-ci ildən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsi (AKİL) başa çatıb. Naxçıvan Regional Əməliyyatlar Ofisinin rəhbəri Əbülfət Əhmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, layihəyə uyğun olaraq muxtar respublikada 104 icma layihəsi icra olunub. İndiyədək AKİL çərçivəsində 37 kənddə elektrik sistemlərinin bərpası, 32 kənddə içməli və suvarma suyu üçün artezianların vurulması, 11 kənddə içməli su xəttinin çəkilişi, 12 kənddə tibb məntəqələrinin tikintisi, 8 kənddə yolların bərpası, 2 kənddə məktəb təmiri, digər iki kənddə isə körpü çəkilişi və kəhrizin bərpası həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsini Dünya Bankı Azərbaycan hökuməti ilə birgə həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR