Bank Of Baku

Gələn ilin əvvəlindən Lənkəran və Masallıda elektrik enerjisindən istifadə ilə bağlı kart sistemi tətbiq olunacaq

Gələn ilin əvvəlindən Lənkəran və Masallıda elektrik enerjisindən istifadə ilə bağlı kart sistemi tətbiq olunacaq
# 20 dekabr 2008 00:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Gələn ilin əvvəllərindən başlayaraq cənub bölgəsinin rayonlarında əhali sektoru tərəfindən sərf olunan elektrik enerjisinə görə ödənişin 100 faizə çatdırılması məqsədilə bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə APA-nın cənub bürosuna “ Lənkəran Regional Enerji Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) satış şöbəsinin rəisi Mircavad Qasımov məlumat verib. Onun sözlərinə görə, belə tədbirlərdən biri yeni kart sistemli sayğacların quraşdırılması ilə bağlı olacaq: ”Bu cür sayğaclar öncə tamamilə sayğacı olmayan abonentlərin mənzillərində quraşdırılacaq. Daha sonra isə digər sayğaclar da kart sistemli sayğaclarla əvəz olunacaq”.
M. Qasımov bildirib ki, bu cür ödəmə sistemi respublikada ilk dəfə Bakı və Gəncə şəhərlərində tətbiq olunub. Cənub bölgəsində isə yeni tipli sayğaclar investisiya proqramı çərçivəsində gələn ilin birinci rübündə ilkin olaraq Lənkəran və Masallı rayonlarında quraşdırılacaq.
Qeyd edək ki, cənub bölgəsinin 6 rayonunu əhatə edən “Lənkəran Regional Enerji Təchizat” MMC-də 2008-ci ilin 11 ayı ərzində elektrik enerjisinin sərfiyyatına görə ümumi ödəniş məbləği cəmi 72 faiz təşkil edib. Bunun da 65 faizi əhali sektorunun payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR