Bank Of Baku

Zaqatalaya təbii qaz verilməsi dayandırılıb

Zaqatalaya təbii qaz verilməsi dayandırılıb
# 20 dekabr 2008 08:40 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonuna təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın yerli bürosuna Zaqatala rayon sakinləri məlumat verib. Məlumata görə, rayon ərazisinə təbii qazın verilməsi bu gün səhər saatlarından kəsilib. Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-nın əməkdaşına rayona təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Qeyd olunub ki, təbii qazın kəsilməsi Zaqatala Qaz Paylayıcı stansiyasında tənzimləyicinin partlaması ilə bağlıdır. Hazırda Zaqatala Qİİ-nin əməkdaşları qəzanın aradan qaldırılması istiqamətində iş aparır. Axşam saatlarında təmirin başa çatacağı, rayona təbii qazın verilməsinin bərpa olunacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR